imam Hüseynın mədinədən məkkəyə yürüşü
imam Hüseyn (ə.s) yezidə beyət etməmək için 60 inci hicri ilində rəcəb ayinın 28 inci günündə mədinədən məkkəyə üzləşti
O sırada kofə xəlqi Hüseynin məkkəyə gəldiğini və yezidə beyət etməməğini eşidincə sülüyman əl xəzayinın evində toplandılar
süleyman kofəlilərin baş çəkənlərinə böylə dedi
ey kofəlilər həpiniz bilirsiniz müaviyə öldü və oğlu yezid onun yerinə oturdu
Hüseyndə ona beyət etməmiş və bəni üməyyə şərrindən ozaqlaşmaq üçun allahın evinə sığınmış
sizlər onun atasının yoldaşlarısınız bu gün Hüseyn sizin yardımınızı gözlür
ona yardım edəcəğinizə və düşmanlarila savaşacağınıza əgər şübhə etmirsınız hazır olduğunuzu yazıb ona bildirin
əks təqdirdə onu aldadıb yalnız qoymayın
bu sözündən sonra həpsi birlikdə imama məktub yazıb və hər məktubun biri , bir neçə kişinin imzasila dört min məktub imama olaştı
imam Hüseyn (ə.s) bunca məktubun gəlməsinə görə səs sədasız bəkləmədəidi və oların məktublarına cavab vermirdı
daha sonra kofəlilərin ən son məktubu imama olaştı , olar məktublarında , böylə yazmıştılar
bismillahi rəhmani rəhım
Hüseyn və atası əmir əl müminin yoldaşlarından əli oğlu Hüseynə
salam əleykım
yoldaşlarınız sizi gözləməkdədilər , və sizdən başqasını istəmirlər , ey peyğəmbərin oğlu
bağlarımız yəşərmiş , mivələrimiz yetirmiş , əkinlərimiz gögərmiş , ağaclarımızda yaşıl yapraqlar açmış , bizə doğru gəl
çünkü savaşa hazır və silahlanmış əsgərlərinə gəlmış olacağsın
imam Hüseyn (ə.s) postaçılara dedi
bu məktubu kımlər yazmışlar
olar dedilər bu məktubu hicar ibn əbcər , qeis ibn əşəs , zeyd ibn haris , şəbəs ibn rəbi , əmr ibn əl hüccac və məhəmməd ibn üməir yazmışlar
müslümün kofəyə göndərilməsı
imam Hüseyn (ə.s) rükn ilə məqamın arasında iki rükət namaz qılandan sonra , allahdan bu olayin xeyirli olmasını dilədi
daha sonra əmısı oğlu müslüm ilə , kofəlilərın məktublarına qarşı , bir məktub göndərdi
müslüm ibn əqil imamdan alır – almaz kofəyə olaştı , kofəlilar imamın cavab göndərməsinə sevindilər
müslüm moxtarın evinə qondu , orada imamın yoldaşlarının gözləri , sevinc yaşila doldu bir halda beyət etdilər
beyət edənların sayısı rəvayətlərə görə on səkkiz binə olaştı
imamın məkkədə xütbası
الحمدولله و ماشاالله ولاقوه الا بالله و صلی الله علی رسوله محمد و آله.
boyunbağ qızların boynuna oyduğu gibi , ölümdə insan oğluna oyar , yəqubun yüsüfü görməgə omud etdiği gibi , məndə balalarımı görməgə omud edirəm
mənim öldürüləcəğım bəllıdir , kərbəla arasında bir yerdən başqasına varacağım
allahın qəza və qədər qələmilə yazılmış olan böylə bir gündən qortulmaq yoxdur
allahın rizası biz əhlibeytin rizasıdır , verdiği bəlalərə qarşi səbr edəriq , O gərçək səbr edənlərın əcrini verəcəkdir bizlərə
hər kim bizim yolumuzda qurban olmaqa hazırsa , şəhadətə və allaha qovoşmaqa göylü əsirsə , bizimlə gəlsın
artıq allahın yardımila bu sabah kofəyə doğru gidəcəğım
imamın kofəyə yürüşü
imam Hüseyn (ə.s) 60 hicri yil zi əlhəccənin səkkizində bir neçə olaylardan sonra məkkədən kofəyə doğru hərəkət etdi
hür ibn yezid əl riyahi
eşq və hürriyət kərvanı kofəyə girim girimdə bir kərədən hür riyahı yozlərcə atlı əsgərlə kərvanın qarşısına çıxdı
imam (ə.s) dedi ey hür bizə yardim etmək üçün , yoxsa bizimlə savaşmaq üçün geldiniz
hür dedi ey əba əbdillah senin yolunu bağlamaq üçün geldim
imam dedi
لاحول و لا قوه الا بالله العلی العظیم
bir çox qonuşmalardan sonra , imam (ə.s) buyurdu mən istədiğiniz üzərə gəldim , siz mənə məktublar yazdiniz
hür dedi mənim xəbərim yazılan məktublardan yoxdur
imam (ə.s) dedi əgər məktub yazanlar sözlərindən dönmüşlər qoy mən dönüm geldiğim yerə
hür dedi ey peyğəmbərin oğlu bir yol tot , sonu nə kofəyə olsun , və nədə mədinəyə , ibn ziyada yazacağim məktubun cavabı gəlincəyə kimin
bu və başqa olaylardan sonra qahraman igitlərin kərvanı mədinəyə doğru yüzləşməq istərkən
hürrün adamları onun yolunu kəsib , geri dönməyə yol vermədilər
imam Hüseynın kərbəlaya girişi
qahramanlar kərvani üçüncü yolu tutub qədərdə arxalarıca gedirdi
ozun bir yolçuluğun sonunda və məhərrəmin ikinci günündə imam Hüseyn (ə.s) kərbəlayə girdi
imam (ə.s) oraya girincə sordu
buranın adı nədı
züheir ibn qein dedi bu yerin adı kərbəladir
imam (ə.s) buyurdu
ey allahım dərdlərdən və bəlalərdən sənə sığınırım , artiq bura ğəm və bəla yeridir , enin atlarinizdan , burda qanımız töküləcəq və məzarımız burda olacaqdır
bunu mənə qocam rəsulollah bildirmiştir
həpisi minigindən endi , yüklərini endirdilər çadırlarnıda orada qordular
imam Hüseynın kərbəlada qonuşması
الحمدولله رب العالمین والصلاه و السلام علی محمد و آله
daha sonra , artiq görürsünüz bizlərin başına gələn olaylari
ancaq dünyada dəgışinmiş kütülüğü bəlli etmiş iyiliğinidə arxasına atmiş
suyu tökülən qabda , qalan damlalar , və havası pis yaylaq gibi , pinti və zəllətlı bir hayatdan başqa bir şey onda qalmamış
artıq görürsünüz haqla əməl və batildə nəhy edilmir , o halda mümün olan kimsə haq yolunda allaha qavoşmağı dilər
şübhəsız mən ölümü mutluluğdan və zalımlarla yaşamaqıda zəllətdən başqa bir şey görmürəm
züheyrin qonuşması
oradan züheyr ibn qeyn qalxıb dedi
ey peyğəmbərin oğlu biz sözlərini eşiddiq
əgər dünya sonsuz bə birdə ölümsüz olsaydı , sənin yolunda öldürülməki , o əbədi hayatdan daha iyi görərdiq
nafe ibn hilalın qonuşması
ondan sonra nafe ayaqa qalqtı və dedi
and olsun allaha bizim ölümdən qorxumuz yoxdur , istərsın şərqə və istərsın ğərbə apar bizi
biz yəqin üzərindəyik duslarınla dust və düşmanlarınla düşmanıq
büreyrin qonuşması
ondan sonra büreir qalxıb buyurdu
ey peiğəmbərin oğlu allaha and olsun , allah səni bizim üzərimizə minnət eylədi
gərək sənə yardim etmək üzərə savaşaq
bədənimiz sənin oğrunda qoy doğransın , qiyamət günündə də şəfaətçimiz , atan peyğəmbər əfəndimiz olsun
bir ozun yolçuluğun qanlı yolu sonunda
furatın qırağında əhdə vəfa günündə
şəfəqın quranına edəndən sonra vidaa
dərdləşti yarın ilə al ölümün önündə
eşk dərsını verəndə allaha şükr eyladi
haq gücünə dayandı artıq böylə söylədi
bu vafalı əshabım hər biri bir ordudur
kərbəla bir çöl dəgil azadələr yurdudur
ey dustlar bilin bu gün kəfənimiz al qandı
bu qomun qocağında canana can qorbandı
haq xəstədir bu canı ona savğat elərəm
gələcək insanların yarasına dərmandı
ey dustlar əzəl gündən qərar verib cananım
bu gündə haq oğrunda gərək qana buyanım
qanımızdan furatlar yağmurlar və bərkanlar
mən haqqın küləsyım haq bağırar hər yanım
ey allahım bu səhrada sənsin mənim sığınanım
yolçuluğum sənədir , sən , ümüdüm dayağım
bu qızıl sıqıntıdan şikayətım sənədır
özün eylə inayət , sən üçün əsən bayrağım
səəd oğlunun məğrurluğu
imam Hüseyn (ə.s) , səəd oğluyla bir toplantı yapmaq üçün gecənin bir payında əmr ibn qərzənı elçi diyə səəd oğlunun yanına göndərdi
gecənin bir payı keçəndən sonra , səəd oğluyla imam Hüseyn (ə.s) iki ordu arasında oturub qonuştular , bu toplantıda imam Hüseyn (ə.s) səəd oğluna dedi
gərçəkdən ey ümər ibn səəd allahdan qorxmursun məni öldürməq istiyirsin
mən bildiğin və tanıdığın kimsənin oğluyam
olardan gəl vaz geç və mənimlə ol , bu işlə allaha yaxınnaşirsan , yox məni öldürmaq ilə
səəd oğlu dedi qorxuram evimi yıxalar
imam dedi mən sənin üçün ondan daha iyi bir ev yaparam
səəd oğlu dedi qorxuram yerimi əlimdən alalar
imam dedi mən sənə hicazda ondan daha xeyir bərəkətlı yer verərəm
səəd oğlu dedi qorxuram ibn ziyad kofədə arvad oşağımı öldürə
imam Hüseyn (ə.s) ümər ibn səəddən əl üzəndən sonra dedi allah səni yatağında öldürsün
aşuranın gecəsı
gecənın bir payında imam (ə.s) qılıcını hazırlarkən sanki böylə söylürdü
yazıq olsun dusluğuna ey zaman
dustlarına verməzsın bir az aman
sabahdan axşamadək neçə insan
haq əmri ilə qoşar ölüm yoluna
zeynəb (ə) bu sözləri imamdan eşindincə dedi
vay kimsəsızlığdən vay dərbədağınlıqdan
kəşkə ölüm məni alaydi , bu gün anam fatma və atam əli və qardaşım həsən öldülər
ey qanların sığınaqı aman səndən sonrakı kimsəsizlıqə
imam Hüseyn (ə.s) onu oxşarkən buyurdu
ey bacı allah yolunda sabirli ol çünkü gögdəkilər yer üzündəkilər , həpsi ölərlər
ey gülsüm , ey zeynəb, ey rubab , ey fatma , ey rüqəyyə və ey səkinə , əgər öldürülsəm yaxanızı yirtmayın , yüzünüzə çalmayın , və allahdan giley bir söz deməyin
daha sonra bacısı zeynəbə sanki böylə buyurdu
toplagınan başıma oşaqları ey bacı
qorxudan çımçaşırı dodaqları ey bacı
bu gecə mən qonağam sizə çəkin nazımı
yarın qana boyanır qonağları ey bacı
öncə gətir əsğəri sal bu dağlı sınəmə
biraq öpüb qoxlayam aman məni qınəmə
dağlanır bağrı yarın kimsəyə saqın demə
öz qanına boyanır dodağları ey bacı
aşura günü
atmış bir hicri ilinın məhərrəm ayının onuncu günü
yanı aşura günü sabah namazından sonra imam Hüseyn (ə.s) sayısı az əshabını topladı və hər birinin işini bildirdi
o bir anda səəd oğlu sayısı çox olan ordusunu savaşa hazırlırdı
imam Hüseyn (ə.s) gözünü qalabalıq düşman ordusuna tikərkən
qarşisındakı insan selini görüncə əllərini gögə qaldırdı , allaha böylə münacat etdi
ey allahım hər bir mehnətdə və ğəmdə belim sənə bağlıdır , və hər sıxıntı və çətinlikdə omudum və hər müsibətdə güvəndiğim sənsin
yürəgləri zəiflədan (güc süz edəm) həl yollarını qapadan , dustları otandiran , düşmanlari sevindirən , neçə ğəm və müsibətləri sənə şikayət etdim
başqalarından omudu kəsib üzləştım və sən o ğəm və mehnəti üzərimizdən qaldırdın
hər nemətin sahabı (yiyəsi) və hər diləgin sonucuda sənsin
imam Hüseynin ilk xütbəsı
daha sonra imam Hüseyn (ə.s) səəd oğlunun ordusuna böylə buyurdu
ey insanlar məni dinləyın bu yerə gəlişimin səbəbinı bilməyincə mənimlə sabaşmağa tələsməyın
əgər üzrümü qəbul edərsəniz və sözümə inanirsanız mutluluq yolunu bularsınız və savaş etmakədə bir səbəb qalmaz
əgər üzrümü qəbul etmazsınız ortağlarınızı toplayın nə yapacağınızı qərarlaştırın
sonradan yaptiğınız iş sizi ğəmləndirməsın sonra qərarınızı bildirin mənə və heç möhlətdə verməyın
imam Hüseyn (ə.s)dan bu sözləri arvadlar eşidincə ağladılar , yüzlərinə çaldılar və ağlamaq səsləri yüksəldi ,
imam Hüseyn (ə.s) qardaşı abbası və oğlu əli əkbəri oların yanına göndərdiğində buyurdu
oları oxşayın canıma and olsun bundan daha çox ağlayacağlar
sonra sözünə böylə davam etdi
ey camahat söyləyın mən kiməm
sonra özünüzə gəlin və nəfsinizi qınayın baxın məni öldürməğiniz və arvad oşağıma qorxu ürkü salmağınız sizə cayizmidir
mənim və qardaşım haqqında peyğəmbərin (bu ikisi cənnət gənclərinin əfəndiləridilər) sözünü eştməmişiniz
allah sizi və dilədiğınızı öldürsün
(انا الله و انا الیه راجعون)
bular inandiğdan sonra kafər olanlardılar bu zalımlar allahın rəhmətindən ozaq olsun
daha sonra imam Hüseyn (ə.s) qılıcına dayandı özünü tanidmaq üçün sanki böylə buyurdu
mən Hüseynəm , babam əli , qardaşım cənnət bəgi
mühəmmədə atamdır şən zəhrnın oğluyam
əmimdir həmzə cəəfər , xədicə büyük anam
kəbədə göz açan , murtazanın oğluyam
aydındatdı nurumuz o qaranlıq dünyani
ürəglərə nur saçan mustafanın oğluyam
yerlə gög sudur mənə istərsəm yağar göglər
daştan gözlər coşturan ənbiyanın oğluyam
başımı yaran qılıc mənə səcdə edəcək
sizi haqqa çağıran haq tahanın oğluyam
şərqlə ğərb arasında məndən başqa Hüseyn yox
çıplağların çardağı can öliyanın oğluyam
ölümümlə bu ölü dünyanı dirildirəm
ölüləri dirildən ənbiyanın oğluyam
mən cənnət gənclərinin bəgiyəm qardaşımda
bər ühüd aslanı , la fətanın oğluyam
daha sonra buyurdu
o dediğim sözlər bir gərçəkdir , allaha and olsun allah yalançıya ğəzəb etdiğini bildiğim gündən bəri yalan deməmişəm
əgər məni yalanlırsınız , indi peyğəmbərin əshabından aranızda bulunan kimsələr var , bunu olardan sora bilərsiniz , eşidin sizə nə deyərlər mənim və qardaşımın haqqında
cabir ibn abdullah ənsari , aba səəid əl xidri , suheyl ibn səəd əl saidi , zeyd ibn ərqəm və ənəs ibn malik dən surun məni
şübhəsiz oların həpsi mənim və qardaşım Həsənin haqqında peyğəmbər əfəndimiz buyurduğu sözu eşitmişlər
bu sözlər qanımı tökməkdən əlinizi çəktirməzmi , əcəba öldürdüğüm bir kimsə və ya azdiğim bir mal üzündən məni öldürmək istiyirsiniz?.
sonra imam Hüseyn (ə.s) düşman ordusundan bir neçə kimsəyə yüksək səslə dedi
ey şəbəs ibn rəbi , ey hicar ibn əbcər , ey qeys ibn əşəəs , ey zeyd ibn haris
mivələrimiz yetişmiş , bağlarımız yeşərmiş və sənin əmrində bir ordu hazırlanmış , bizə doğru tez gəl
bu məktubu yazan siz dəgildiniz
.olar dedilər biz böylə bir məktub yazmamışıq
imam (ə.s) dedi bəli allaha and olsun bu məktubu yazan sizlərsiniz
sonra dedi əgər məni istəmirsiniz qoyun mən sizi tərk edib başqa bir yerə gedim
bu arada qeys ibn əşəəs yüksək bir səslə imama dedi
nə üçün əmin oğlu yezidə beyət etmirsin
imam Hüseyn (ə.s) ona dedi
yox allaha and olsun mən sizə zəlil gibi əlimi vermiyəcəğəm və külələr gibidə qaçmayacağam
züheir ibn qeynın xütbəsı
daha sonra züheir imamdan kofəlilərlə qonuşmaq için izn aldı , yüksək bir səslə olara söylədi
ey kofəlilər müsəlmanın müsəlman qardaşına nəsihət vacibdir
və bizlər indiyə kimin din qardaşiyıq , aramızda qılınc girməmişdən din və qardaşlıq bağını kəsməyəğın
artıq aramızda qılınc girdiğindən sonra siz bir camahat və bizdə bir camahat olacayıq
allaha and olsun fatma (ə) nın evladı süməyyənin oşaqlarından dustluğa daha layiqdilər
əgər olara yardım istəmirsınız barı olarla savaşdan ozaq olun
ey allahın qolları ayıq olun yezid sizi dindən çixardmasın
allaha and olsun məhəmmədin şəfaəti oşağini və yardımçılarını qılıcdan keçirib öldürənlərə olaşmaz
ey camahat bilin allah taala bizi və sizi peyğəmbərin əhlbeytinlə imtahan edir
yezid və ziyad oğlu gibi azanlara qatılmayin və peyğəmbərin oladına yardım etməğinizi istərəm
əks təqdirdə çox keçmədən gözlərinizi çıxardacaq əl ayaqınızı bağlayacaq və bədənlərinizi xurma ağaclarından asacaqlar
səəd oğlunun ordusu ona çirkin sözlər diyərkən savaşdan əl çəkməmələrini bildirdillər
büreyrin xütbəsi
sonra sanlı quran oxucularından (büreir ibn xüzeyr) kofəlilərə nəsihət etmək üçün imamdan izn aldı və düşman ordusuna böylə söylədi
ey camahat allah peyğəmbər əfəndimizi xalqı qaranlıqdan aydınlığa çıxarmağa göndərdi
qarşınızdakı bu məsumlar peyğəmbər əfəndimizin əhlibeytidilər
peyğəmbər əfəndimizin eyliyən qarşılığı əhlibeytinə buyumuş
olar dedilər ey büreir bitir sözünü , allaha and olsun Hüseyn heç bir kimsənin susuz qalmadığı gibi susuz qalacağdır
büreir isə böylə söylədi vay olsun halınıza ey camahat imam Hüseynə göndəediğiniz məktublarda ona can verməğə hazır olduğunuzu onutmusuz
indi imam Hüseyn (ə.s) və əshabı dəvətinizə cavab verərkən sizlərə yardıma gəldilər
siz isə bulari ibn ziyada təslım etmək istirsiniz , nə qədər alçaq insanlarsınız , allah taala qiyamət günü sizləri susuz qoysun
ey allahım bulari qiyamət gününə kimin bir birinin canına sal
büryrin sözlərı buraya olaşınca olar , onu oxa totdular , büreir bu halda geri döndü
imam Hüseynın ikinci xütbəsi
imam Hüseyn (ə.s) düşmanın qarşısında durdu və əlindəkı quranı başının üzərinə qoyandan sonra buyurdu
ey insanlar bizimlə sizin aranızda allahın kitabı və qocam peyğəmbərin sünnətı hakim olsun
bilmisiniz başımdakı əmmamə və əlimdəkı qılınc peyğəmbər əfəndimizindir
olar dedilər bəli bilirik
imam (ə.s) dedi mən kiməm və kimin oğlu olduğumu bilmirsiniz
olar dedilər iyicə bilirik
imam (ə.s) dedi daha məni nə üçün öldürmək istirsiniz
olar dedilər ibn ziyada itaət etməliyik
sonra imam (ə.s) buyurdu ey camahat allah sizi öldürsün
yana yana bizi yardıma çağırdınız , ölümü cavab verib fəryadınıza olaştıq
yazıqlar olsun siz bizim hədəfimiz oğrunda qollanacağınıza and etdiğiniz qılıcı bizi öldürmək üçün qaldırdınız
düşmanımız üçün yandırdığınız atəşi , bizi yandırmağa işlədirsiniz , vay olsun halınıza
qılıclar qınında , ürəklər arxayin və düşüncələr sağlam olarkən , nədən bizə yardım etməğdən vaz keçtiniz
ey haq muxalifi
ey əhzabın qalantısı və haq hökmündən dönənlər
ey qurandan vaz keçənlər və sözləri dəgişənlər
ey günahkarlar törəməsi
ey şeytan vasvasına ooyanlar
və ey peyğəmbərin sünnətini söndürənlər
allahın rahmətindən ozaq qalasız , bizi qoyub düşmana yardım edirsınız
duğrusu əhdindən dönmək içinizdə kök salmış və onun mivasi bizə acı və ğasiblərə gəlincə dadlıdır
ey camahat bilin bu haramzada oğlu haramzada məni iki yol arasında qoymuş , ya qılınc çəkib savaşım yada zəlilcəsinə yezidə beyət edəm
heyhat , zillət bizə yaraşmaz , artıq allah taala mümünlərə , yigitlər , ğeyrətlilər , və tər təmiz iffətlı kimsələr böylə zilləti bizə yaqışır görməzlər
izzətli və baş yüksəkliklə ölümü alçaqlara zəlilcə itaət etməkdən daha iyi görərlər
artıq mən əshabımın azlığına görədə sizinlə savaşacağam
daha sonra məzlum əfəndimiz imam Hüseyn (ə.s) böylə söylədi
bizə zillət istəyən allah səni öldürsün
bağrını bağrım həsrətilə doldursun
bizi şuq ilə yardıma çağırdınız buraya
mərhəm qoyaq birlikdə ürəkdəki yaraya
ölümlü cavab verib , çapoğ gəldik imdada
durmadanda olaştıq etdiğiniz fəryada
yazixlar olsun sizə yazixlar ey camahat
gögərmiş içinizdə əzəldən xayanat
bu parildayan qılıclar hədəfimiz oğrunda
gərək birin alaydı düşmanlarin bağrında
hürriyət nişanını boynuma keçirdəcək
sizə kin bizə hayat suyunu içirdəcək
düşmana ititdiğim qılıcı qaldrırdınız
onunla dostunuzu öldürməğə gəldiniz
şeytanlar sırasına keçdiniz vay sizlərə
həsrət yaşın saldınız bu omudlu gözlərə
vay sizlərə hər alçaqın havasına oyanlar
vay sizə hər şeytanın vasvasına oyanlar
əktiğiniz vəfanı yetirmədn biçtiniz
quranı tərk eyləyib düşmanı haq seçtiniz
ey sözündən dönənlər ğeyrət bağın soyanlar
peyğəmbərin bağrını xayanatla oyanlar
aranızda yalnizdır peyğəmbərin oladı
bu yerdə bu gün sizə imtahandı bələdı
daha sonra böylə buyurdu
and olsun allaha , məni öldürəndən sonra ümrünüz bir nəfərin ata minməğicə olmayacağdır , günlərdə girmədən daşı gibi dolanlar və sizidə girmədən daşının mili gibi pərişan edəcəkdir
qocam peyğəmbər və atam əli mənə demiştilər , sonra bu ayəni oxudu
« … فَأَجْمِعُوا أَمْرَكُمْ وَشُرَكَاءَكُمْ ثُمَّ لَا يَكُنْ أَمْرُكُمْ عَلَيْكُمْ غُمَّةً ثُمَّ اقْضُوا إِلَيَّ وَلَا تُنْظِرُونِ » – یونس ۷۱
artık siz ortaklarınızla toplanıp yapacağınız işi karara bağlayın da işiniz size örtülü kəlmasın (veya tasa konusu olmasın) sonra hakkımdaki hükmünüzü – bana süre tanımaksızın – verin
yünüs-71
imamın səəd oğluyla ikinci görüşməsi
sonra imam Hüseyn (ə.s) səəd oğlunu çağırıb gəlməğini istədi
səəd oğlu imam Hüseynin yanına gələrkən imam (ə.s) ona buyurdu
ey səəd oğlu məni öldürməğinlə bu haramzada oğlu səni rey və gürgan şəhrinin valisi edəcəğinə heç inanmıram
indi əlindən gələni yap , şübhəsiz məndən sonra nə dünyada və nə axirətdə yüzün gülməyəcəkdir , kofə oşaqlarının başinla oynadiğlarını və onu daşa totoğlarını sanki görürəm
səəd oğlu imamın bu sözlərini eşidincə ğəzəblə geri döndü
hürrün tovbası
hür ibn riyahi imamdan bu dərdlı və hər diri vicdanı titrədən sözləri eşidincə səəd oğlunun yanına gəlib dedi
ey səəd oğlu sən Hüseynlə gərçəkdən savaşacağmısın
səəd oğlu dedi and olsun allaha başları və qolları bədənlərdən ayrıldan bir savaş edəcəğəm
hür bu sözü eşidincə dostlarından ayrılıb bir yana çəkildi , o halda bədəninə titrətmə girdi
mühacir ibn ovs dedi ey hür sənin bu yigitliğinə görə məni bədəninin yapraq gibi titrətməsi şübhəyə saldırdı
hür dedi and olsun allaha özümü cənnətlə cəhənnəm arasında görürəm
allaha and olsun bədənim yandırılsada cənnətdən başqa bir şey seçməyəcəğim
bir türk gənci olan köləsilə birlikdə atını imama doğru sürərkən çağırdı
ey allahım sənə dönürəm tovbamı qabul et , çünkü peyğəmbərinın oladını qorxutdum
ey imam canım sənə qorban olsun səni incitdim indi tovbam qabul olurmu
imam dedi bəlı allah sənın tovbayın qabul edər
sonra düşman ordusuyla qonuşmaq üçün imamdan izn aldı
hür savaş meydanına enəndə , yüksək bir səslə dedi
ey camahat ananız sizə yas qorsun
peyğəmbərin oğlunu çağırdınız və canlarınızı onun yolunda qurban edəcəğinizi bildirdiniz , indi buraya gəlmişkən aranıza alıb ona qılıc çəkmişsiniz
və furat çayınında yolunu ona bağlamışsınız hal bu ki onun soyundan yahudular və məcuslar içillər və doyurlarda onda üzürlər
bu sırada səəd oğlunun ordusundan bir neçə nəfər onu oxa totdular bu halda hür geri döndü
kərbəla çölündə ilk hucum
səəd oğlu imam Hüseynın əshabına doğru bir ox atarkən əmirin yanında ilk ox atan kişinin mən olduğuma şahidlik edin dedi
daha sonra səəd oğlunun ordusu imamın ordusuna ox yağdırmağa başladı və imamın əshabından oxlanmayan bir kimsə qalmadı , bu sırada imam (ə.s) buyurdu
allah sizə rəhmət etsin qalxın bu qaçılmaz ölümə doğru , şübhəsiz bu oxlar savaş elçisidir bizə
imamın əshabı səəd oğlu ordusuna qarşılıq vermak üçün həpsi birlikdə hucum etdi
artıq mətin bir savaş başladı bu savaş bir sahatdan sonra son verdi
toz topraqlar yatışandan sonra imamın əshabından əlli kişinin şəhid olmağı göründü
dögüş iki – iki , dört – dört başlırı
imamın əshabından qalanlar , şəhidlərinin çoxalmasını göruncə iki – iki , üç – üç , dört – dört eşk meydanına enməğə başladılar
bu sırada seyf ibn haris və əmi cası oğlu malik ilə meydana endilər şəhid oluncaya kimin yigitcəsinə savaştılar
daha sonra əmr ibn xalıd əl seydavi ilə üç kişi yerlərindən silkinıb səəd oğlunun ordusuna hucum etdilər
olardan bir neçə nəfəri öldürdülər sonradan səəd oğlunun ordusundan bir neçə əsgər oları sardı
imam (ə.s) qardaşı abbasa olara yardım etməğini əmr etdi
abbas sa bir aslan gibi küfr ordusuna hucum edərkən oları qurtardı
daha sonra düşman birdə olara yaqnaştı olar isə düşmanın əsgərinin onlarcasını öldürdülər sonradan şəhid oldular
imam Hüseyn (ə.s)ın çağrısı
imam Hüseyn (ə.s) əshabının çoxunu şəhid görüncə mübarək saqqalını totdu yaralı yürəgindən bir yanığlı düaa edəndən sonra buyurdu
peyğəmbərlərinin qızının oğlunu öldürmək üçün söz birlik edən camahata allahın əzabı çətin olacaqdır
allaha and olsun oların istədiklərini qəbul etməyəcəğəm və qanıma boyanmış halda allaha qavoşacam
sonra çağırdı aranızda fəryadımızı eşidib yardım edəcək bir kimsə yoxmu
əhlbeyt arvadlarının ağlamaq səsləri yüksəldi
bu sırada səəd oğlunun əsgəri arasında səəd ibn haris ilə qardaşı əbu əl hətofun vicdanları yerindən tərpənərkən
düşman ordusun tərk edib imamın ordusuna doğru gəldilər
sonradan düşman ordusuna hucum etdilər , oların bir neçə nəfərini öldürəndən sonra şəhid oldular
ordunun sağ qolu və müslüm ibn osəcə
böylə imamın əshabı getdiğcə azalmağa və şəhidlərin sayısıda çoxalmağa baçladı
daha sonra savaş bir-bir başladı və imam Hüseynin əshabının hər biri o camahatın bir neçə nəfərini öldürdü
bu sırada səəd oğlunun ordusundan olan əmr ibn hüccac əlinin altındakı əskərlərlə imamın əshabının sağ qoluna hucum etdi
imamın əshabı oların qarşısında bir dağ gibi durdular
və olardan bir neçə nəfəri öldürdülər , sonradan imamın əshabı oların üzərinə ox bağladılar və gögə yüksələn toz topraq yanışınca imam Hüseynın əshabından müslüm ibn osəcənın ağır yaralı olmağı göründü
imam Hüseyn (ə.s) ilə həbib ibn məzahir onun yanına gəldilər , imam (ə) onun haqqında düa edərkən həbib ibn məzahirə də böylə deyirdi
səni bu halda görmək mənə çox güc gəlir , amma səni cənnətlə muştolurum artıq səndən sonra qalacaq olsaydım vasiyətin və dilədiğini yerinə gətirmiş olardım
müslüm isə dedi ey həbib tək vəsiyətim budur sənə
imam Hüseyndən və yardımından vaz geçmə və hayatda olduğunca ona yardım et , bu sözlərdən sonra canını allaha verdı
ordunun sol qolu və abdullah ibn üməyr
daha sonra ümər səəd oğlunun əskəri imam Hüseynın əshabının sol qoluna hucum etdi bu hucumda abdullah ibn üməyr əl kəlbı əsir düştü
abdullah əsir düşər – düşməz onun bədənini qılıcla parçaladılar
arvadı üm vəhəb meydana getdi və kişisinin doğranmiş bədəninin yanında oturdu üzünün qanını silərkən dedi
ey abdullah cənnət sənə mübarək olsun
sənə qismət olan cənnətidə allah mənə qismət edəydi , bu arvadın sözünü şümür eşidərkən köləsinə o arvadın öldürməğini əmr etdi
kölədə şümürün əmri üzərə o yigit arvadı öldürdü , böyləcə üm vəhəb aşura günü öldürülən ilk arvad (qadın) oldu
daha sonra şümürün köləsi abdullahın başını bədənindən ayırdı və onu imam Hüseynin çadırlarına doğru atdı
abdullahın anası oğlunun başını qucağına sixib üzün öpəndən sonra əlinə bir çadır dirəgi aldı və düşmana hucum etmək istədi
imam Hüseyn (ə.s) bu durumu görüncə buyurdu
əhlibeytə yardım etdiğiniz üçün allah üzünüzü ağ etsin , dön arvadların yanına , cahad arvadların üzərinə vacib dəgil
gün orta namazı
aşura günündə gün orta günəşi gög üzündə başqa bir haldaydı , o yandırıcı ışıqını savaş meydanına başqa bir halda göndərirdi
imam Hüseynin və əshabının susuzluğundan ürəgi yandığı gibi yeridə yandırırdı
bir yandan düşman əskərinə cəhənnəm atəşindən bir yandanda gün orta namazının vaxtından xəbər verirdi
züheir ibn qeyn və səəid ibn abdullah düşman oxunun imama namaz qılınca dəgməməği üçün imamın ögündə özlərini sipər etdilər
və imam (ə.s) o halda namazını bitirincə səəid dəgən oxların ağır yaraları üzündən gücündən düştü daha sonra dünyadan ayrıldı
imam Hüseyn (ə.s) namazını bitirəndən sonra qahraman əshabına böylə buyurdu
ey mənim yoldaşlarım cənnət sizin qarşınızdadır və onun qapıları sizin üzünüzə açılmış , və mivələridə yetişmiş
iştə peyğəmbər və allah yolunun şəhidləri sizin gələcəkinizi bəkliyirlər , artıq allah və peyğəmbəri dinindən və peyğəmbərin əhlibeytindən difa edin , allah sizi aaf etsin
atların öldürülməsi
bu sırada səəd oğlunun əmrilə bir taxım oxcu imam Hüseyn (ə.s) əshabının atlarını oxladılar
öylə sinə zəhhak ibn abdullah dan başqa bir kimsə imamın əshabından atlı qalmadı
həbib ibn məzahir
bu sırada həbib ibn məzahır meydana endiğində sankı böylə söylürdü
sözümü yelə verməm
qanımı selə verməm
vicdanıma min səda
ruhum Hüseynə fəda
hər gəldi ələ verməm
bir neçə nəfəri cəhənnəmə göndərəndən sonra ağır yaralar üzündən yüzü quylu düstü başını bədənındən ayirdılar
hür
həbibdən sonra hür meydana enərkən sanki böylə söylürdü
mən əzəldən hür (özgür – azad) gəlmişəm
hür yaşaram hür qalaram
hürriyətin ağ boynuna al qanımla gül salaram
anam adım hür qoyarkən hürlük əkti vicdanıma
mən Hüseynin hür yolunda can verərəm şan alaram
düşman ordusundan bir neçə nəfəri öldürdü sonra şəhid edildi
imam hüseyn (ə.s) hüre riyahinin bədənini qan içində görərkən sanki böylə buyurdu
sən hürsən anan bu adı verdiği gibi
sən hürsən ruhun hür köynəgini girdiği gibi
sən hürsən hər hür insan alır səndən ilhamlar
hürsən hər yigit zəllət bağını qırdığı gibi
züheyr ilə ibn müzarib
züheyr ibn qeyn əmi cası oğlu ibn məzarib və əbu səmamə əl saıdı meydana endikləri anda züheyr imam Hüseynə dedi
ey aba abdullah allaha and olsun yüzlərcə öldürülsəm səndən vaz keçmərəm kaşkə yüz ruhum olaydı həpsini sənin oğrunda qurban verərdım
sonradan düşmanın əsgərinə sel gibi hucum etdilər , şəhid oluncaya kimin savaştılar
əmr ibn qərzə
daha sonra əmr ibn qərzə düşmanın əsgərindən bir neçə nəfəri öldürdü
Hüseynə atılan oxlar və qaldırılan qılıclar ögündə əlın sipər və bədənini qalxan etdi
bədənindəki ağır yaralar üzündən dünyadan ayrıldı
nafi əl cəməlı
nafi atdığı zəhərlı oxlara süşman əsgərindən bir neçə nəfəri öldürdü
oxu bitəndən sonra qılıcını çəkib düşman əsgərinin ortasına hucum etdi düşmanlar onun iki əlini kəstılər
böyləcə nafi əsir düştü , o əsir düşər – düşməz şümür onun boynun vurdu – böyləcə nafidə şəhadət nişanını qazandı
türk gənci əsləm
daha sonra imam Hüseynin quran oxuyucusu əsləm adında olan bir türk gənci meydana girdi düşman əsgərindən bir neçə nəfəri öldürdürəndən sonra ağır yaralı düştü
imam Hüseyn (ə.s) əsləmin başı üzərinə gələrkən mübarək yanağını onun yanağına qoydu əsləm gözlərini açıb üzü güldü , daha sonra dünyadan ayrıldı
əhlibeyti sevərəm
olar mənim canımda
gizər Hüseyn sevgisi
damarımda qanımda
büreyr ibn xozeyr
bu sırada kofə məscidinin böyük quran oxuyucularından sayılan zahid bir yigit olan büreyr savaş meydanına girdi
yezid ibn məğəl də onunla savaşmaq üçün meydana endi , büreyr onu mübahilə etməgə çağırdı
və hər kim batildəisə haq əhlinin öldürülməğinə sözləştilər bu anlaşmayla savaşa başladılar
büreyr onu öldürdü və şəhid oluncaya kimin savaştı
hənzələ əl şəbamı
büreyrdən sonra hənzələ düşman əsgərinə nəsihət etmək üçün imamdan izn alarkən olara böylə dedi
ey insanlar mən əhzab günü gibi əzablı bir gündən , nüh , aad və səmud qumlarının başlarına gələnlərdən sizində başınıza gəlməsindən qorxuram
ey insanlar Hüseyni öldürməyin , çünkü allah bir əzabla sizi yerdən silər , imam Hüseyn (ə.s) hənzələnin sözlərini eşidincə ona buyurdu
allah sənə rəhmət etsin olar savaştan öncə mənim sənin və başqa qardaşlarının nəsihəti döndərib sənə və duslarına ölümü cavab verərkən allahın əzabı olara haq oldu , amma indi qardaşlarıyın öldürdülər
artıq oların vay olsun hallarına , imamın bu sözlərindən sonra hənzələ meydana endi və şəhid oluncaya kimin savaştı
abis
daha sonra abis özünü savaş meydanına enmək üçün hazırladı
imamdan savaş izni istədiğində böylə dedi
ey aba abdullah mənim yanımda yer üzündə heç bir kimsə sizincə əziz dəgil
canımdan daha əziz bir şeyim olsaydı onuda verərdım sənın oğrunda , abis meydana enər – enməz düşmanın bədəninə yapraq gibi titrətmə düştü
abis yildırım gibi meydnı yandırdı , heç bir kimsə onun qarşısına enə bilmirdi savaştiqca sanki böylə deyirdi
Hüseynin sevdası bağrımı yardı
vorarkən başıma , ağlımı sardı
ruhumun yovası könlümdə dardı
cananın eşqində yanmışam yanmış
düşmansa aşiqi bir dəli sanmış
səəd oğlunun əmri ilə onun dört yanını sardılar ozaqdan üzərinə daş və ox yağdırmağa başladılar
abis ağır yaralar üzündən gücdən düştü yigit başını bədənindən ayırdılar
covn
nə dağlar
nə dərələr nə dağlar
kor düşmanın qılıcı
nə öldürər nə dağlar
daha sonra abazər əl ğaffarinin köləsi imamın yanına gəlib , meydana enmək üçün icazə istədi
imam buyurdu mən sənə sənə izn verdim get buradan özünü qortar , sən bizimlə buraya kimin yaşamaq ümüdilə gəldin , indi özünü ölümə atma
con dedi ey peyğəmbərin oğlu ağ günlərdə sizin surfanızdan yemək və dar günlərdə sizi yalnız qoymaq olmaz
con meydana endi mazlumların əfəndisi oğrunda muradı şəhadətə olaştı
ənəs əl kahili
daha sonra peyğəmbər əfəndimizin əshabından olan ənəs əl kahili , gözlərinə tökülən qaşlarını bağlayandan sonra hayat və fəda karlıq meydanına endi
ənəs bir yigit gənc gibi düşman əsgərini bir birinə vurdu , bir neçə əsgəri öldürəndən sonra şəhid oldu
əmr ibn cinadə
daha sonra sıra gənc əmr ibn cinadəya gəldi , babası ilk hucumda şəhid oldu , on bir yaşında olan əmrin anası dedi
ey əziz və yigit balam baban gibi en meydana yigitcə savaş
əmr meydana enmək istərkən , imam Hüseyn buyurdu , o oşaqı geri döndərin
çünkü onun babası yeni şəhid olmuş bununda şəhid olmaqı anasına ağır gələr
əmr dedi atam , anam sənə qurban olsun ey abaabdullah , ey əfəndim
anam mənə savaşmağa izn verdi , o mənə savaş köynəgini geydırdı və əlimə qılınc verdi
nə olur məndə atamın yolunu tutub sənın yolunda şəhid olursam
daha sonra o gənc yigit əmr meydana endi şəhid oluncaya kimin savaştı
hüccac əl cəəfi və suvar
daha sonra hüccac əl cəəfi ilə suvar meydana endilər , bu iki yigit şəhid oluncaya kimin savaştılar
soyd
daha sonra suveyd meydana endi bir müddət savaşandan sonra bayıldı
düşman əsgəri onun öldüğünü sandı , imam Hüseyn (ə.s) şahid olduğunda düşman əsgəri
Hüseyn öldürüldü dediklərini eşidincə yerindən qalqtı şəhid oluncaya kimin savaştı
suveyd imamın şəhadətindən sonra kərbəlada şəhid olan ən son qahramandır
imamın çağrısına əhlibeytdən başqa bir kimsə cavab verən qalmadı
nə hür , nə büreyr , nə abis , nə həbib , və nədə müslüm həp şəhid olmuşlar
başları bir yanda bədənləridə bir yanda
əli əkbərin savaş meydanına enişi
bu sırada imam (ə.s) əhlibeyti topladı bir birilə son görüşməğə başladılar polat bir əzmlə yarına , hürriyətə , şəfəqin yerini ağartmağa hazırlandılar
savaş meydanına bir yigit və bir gənc peyğəmbərə hər kəstən daha çox bənzəri olan imam Hüseynin böyük oğlu əli əkbər olacağdır
babasından izn alandan sonra yıldırım gibi meydanın ortasına endi
o anda imam (ə.s) saqqalını totarkən başını gögə qaldırdı böylə dedi
ey allahım şahid ol xalq içində peyğəmbərin mühəmmədə ən çox bənzəyən oğlum bu qumun üzərinə hucum edirdi
biz peyğəmbərinə gönlümüz əsəndə ona baxardıq və sonra səəd oğluna dərdli və yaralı bir səslə dedi
ey səəd oğlu mənim rəhmimi kəstiğin gibi allah da sənin rəhmini kəsəydi
bu sırada əli əkbər bir müddət savaşandan sonra babasının yanına gələrkən buyurdu
ey baba susuzluq bir yandan və bu dəmirlərin ağırlığı gücümü aldı bir azcə su mənə verə bilərmisin
susuzluq ağır yüktü
belimi baba büktü
gənclığın təməlini
kökündən vallah söktü
canıma atəş saldı
yürəgimi dağ çüktü
imam (ə.s) buyurdu
əziz oğlum dön meydana
atan mühəmmədə qovuşmağa və onun əlindən çanağ dolusu su içməğinədə az qaldı
mazlumların əfəndisi mazlum oğluna sanki böylə oxşurdu
biz bir çıraq işıqıyıq qaranlıqlar arasında
hər dərtlərin mərhəmiyik çıplağların yarasında
biz bir damla göz yaşıyığ açıq gözlər qarasında
əziz yavrum dön meydana hayat suyun içəcəğsin
yarın doğar qanımızdan , orda dərdin açacağsın
əli əkbər , savaş meydanına susuzluqdan dil ağzı palas olmuş halda döndü , və çox ağır bir savaşa girdi
ox – mizraq yaraları üzündən yerə düştü
canının yaraları səsilə bərabər çağırdı
canım babam məndən sənə salam olsun
bir az sonra canını məşuqinə verdi
imam oğlunun cansız bədəninin yanına gəldi üzünü üzünə qoyub buyurdu
səni öldürənləri allah öldürsün səndən sonra dünyanın kül başına
daha sonra xanım zeynəb arvadların çadırından çıxıb ey qardaşımın oğlu dediğcə meydana doğru detdi qardaşı oğlunun parçalanmış bədəninin üstünə özünü atdı
imam (ə.s) bacısı zeynəbi , çadırlara döndərdi
daha sonra imam Hüseyn (ə.s) oğlunun bədənini şəhidlərin bolunduğu çadırın ögünə gətiməyə əmr etdi
əhlibeytın arvadları əli əkbərin parçalanmış bədəninin ətrafına toplanıb yas qurub ağladılar
haşimi gənclər
əli əkbər şəhid olur – olmaz haşimi gənclərdən olan hazrət abbasın qardaşları , imam Hüseynin babadan qardaşları
əqıl ibn əbi talıbın , imam Hüseynin , müslüm ibn əqıl və xanım zeynəbin abdullah ibn cəəfər təyyarın oğulları
bu haşimi gənclər bir biri ardınca haşimi qanla , ələvi damarla , yıldırım gibi meydana axtılar
düşman oları görüncə göz yaprağı gibi titrəməğə düştü , olar çox düşman əsgərini hayatdan silib cəhənnəmə göndərdilər
haşimi gənclərdən bir neçə yigit şəhid olunca imam Hüseyn (ə.s) yıldırım bir səslə buyurdu
ey əhlibeytin gəncləri sərt olun səbr eyləyin , allaha and olsun bu gündən sonra daha zəlil olmayacağsınız , çünkü hürriyətin ən yüksək nişanını almağa olaştınız
göz fəslində sam yeli , baharın yaprağını töktüğü gibi oların da bahar başları , oxlar , qılıclar , mizraqlar və daşlar altında izzət , şərəf meydanına töküldü
hazrət qasımın meydana enişi
üzü ay parçası gibi olan imam həsənin oğlu savaş meydanına endi
və səəd oğlu əsgərlərilə savaşmağa başladı gənc qasım olardan bir neçə nəfəri öldürdü
daha sonra düşman əsgərlərindən birisi qasımın başını bir qılıc vurmaqila yardı
qasım yerə düştü canını allaha verdi
imam Hüseyn bir yıldırım gibi meydana endi , yaralı olduğu halda yarasını aramayan bir aslan gibidə düşman ordusuna hucum etdi
qasımı öldürən zalimi öldürdü
imam Hüseyn (ə.s) gənc qasımın başı üstündə durduğu halda buyurdu
səni öldürən camahat allahın rəhmətindən ozaq olsun
allaha and olsun ey qardaş oğlu , əmini çağırdığında cavab verməməğı və ya cavabın sənə bir faydası olmamağı əmi cana çox ağır gəlir
allaha and olsun bu səs düşmanı çox və yardımcısı qalmamış kimsənin səsidir
daha sonra qasımı yaralı bağrına basıb qaldırdı şəhidlərin çadırı ögünə gətirdi
əli əkbərin yası bitmədən qasım üçün əhlibeytin arvadları qızları bir yas qurub sazladılar ağladılar öz başlarına çaldılar
hazrət Abbasın şəhadəti
susuz oşaqların susuzluqdan fəryad və ağlayış səsləri yüksəldi
imam Hüseynin yaralı bağrını əzməğə başladı
bu sırada qardaşı hazrət abbasa dedi
bu oşaqlar için bir içim su gətirməməğə çalış
oşaqlarsa sanki hazrət abbasa böylə dedilər
dodağlar çatladı qurudu dillər
töküldü yapraqlar saraldı güllər
şəhid oladı səndən su dilər
su yetir bizə əmi can
çadırda oşaqlar analar ağlır
ahları ey əmi gögləri dağlır
susuzluqdan körpələr yeri qucağlır
bir içim su gətir bizə əmi can
hazrət Abbas (ə.s) furata doğru getdi orada dört yanlı yüzlərcə düşman əsgəri sardı
imam Hüseynin bayraqdarı düşman əsgərinin çoxluğunu aramadı
furat çayına olaşarkən toluğunu suyla doldurandan sonra , avcuna su alıb içmək istədiğində qardaşı Hüseynin və susuz oşaqların susuzluğunu yadladı
o anda suyu əlindən töküb öz özünə böylə dedi
ey nəfs Hüseyndən sonra hayatda olub olmadığın fərq etməz
Hüseyn və arvad oşaqlar susuzluqdan yanmışlar səndə olardan öncə sərin su içmək istiyirsən
daha sonra çadırlara doğru atını qoştu
səəd oğlunun əsgərləri abbasın ətrafını sardılar
hazrət Abbas olarla sıcaq bir savaşa girişti , bir neçə nəfəri öldürəndən sonra onun üzərinə ox , mizraq və daşla hucum etdilər
hər iki əlini kəstilər gözlərinidə oxladılar
bədənin həp yerini yaraladılar
hazrət Abbas atından yerə düştüğündə çağırdı məndən salam olsun sənə ey aba abdullah
imam Hüseyn (ə.s) qardaşının səsini eşidir – eşitməz bayraqdarın parçalanmış bədəninin yanına olaştı
qardaşını o halda görüncə başını dizinin üzərinə aldığında sanki böylə buyurdu
indi belim büküldü ey qardaş
nədən qoydun yalnız məni bu çöldə
kimsə sizəm arxamidın bu yolda
nə oğul var nə qardaş var nə baba
sən düşərkən qalmadı taqət beldə
qardaş düştu bel büküldü
güllər susuz yapraq susuz
nənə sazlar oşaq ağlar
ürək susuz qucaq susuz
çadırlarda şərbələr boş
körpə susuz çanaq susuz
yapa yalnız qaldı kərvan
yolçu susuz qunaq susuz
ələmdarın ürəgində
tuluq susuz bayraq susuz
imam Hüseyn (ə.s) üzünü hər hara çevirirdi başqa bir müsibətlə qarşılaşırdı
bir yanda bədənləri başsız , qolsuz əshab və əhlibeytın gəncləri , qanlara bulanmış , bir yanda qardaşı abbas furat yolunda bədəni parçalanmış
bir yanda da arvad oşaqların susuzluğundan kimsəsizlikdən və qorxu örküdən dad fəryad etmələri
bu sırada mazlumların baş tacı yapa yalnız meydana gögləri yaran bir səslə çağırdı
peyğəmbərin əhlibeytındən və hərəmindən düşmanları ozaqlaştıran ğeyrətli bir kimsə yoxmu , bizim haqqımızda allahdan qorxan bir müvəhhid yoxmu
allah üçün bizə yardım edən kimsə yoxmu
imamın bu sözlərini eşidən susuz arvad oşaqlar və hazrət Abbasın yolunu bəkliyənlərin faryad səsləri sazlamaları daha çox yüksəldı
sanki bir üzündə qiyamət quymuştu əli əsğərin anası isə ac susuz oğlunu sankı böylə oxşurdu
lay lay balam körpə balam
beşiginə səni salam
əmin düşmüş su yolunda
bəs ağlama qadan allam
quru dilin dolaştırma
pozqun fikrim bulaştırma
quru sinə odlanacaq
göz yaşınla alıştırma
göz yaşımı şərab eylə
sütdür balam hesab eylə
indi baban görər halin
göz yaşından itab eylə
bir çarasız dərbə daram
körpə için işlər yaram
dərdim kimə açım ya rəb
mübtəlayam giriftaram
mazlum balam sütüm yoxdu
bu diyarda dərdim çoxdu
quru dodağ saralmış üz
ömrüm evin vallah yixtı
gözün atma sağa sola
dört yanımız kərbu bələ
mazlum balam bir az sonra
düşəcəksən səndə yola
hər yamanlıq viran olsun
canlar dinə qurban olsun
millətinə zülm edənin
can cigəri aı qan olsun
əli əsğərin şəhadəti və son görüşmə
görürsən ey bacım yalnızam yaınız
abbas su yolunda düşübtü qolsuz
əkbərim , qasımım , əshabım cansız
allaha şükür olsun ey anam qızı
ayrılıq çağıdır azdı fürsətim
böyünümü azad et budur rəğbətim
əlində yetimlər bir əmanətim
baba ol həpsinə ey atam qızı
ayrılıq çatarkən pozma vəqarın
düşmanlara olmasın səsin havarın
sən zəhra qızısan tot etibarın
dayan zor günlərə ey babam qızı
babam ilə anam bəkliyirlər məni
istərlər görsünlər sabirli səni
ağlarsa sən oxşa susuz qızları
ana ol xəstəmə ey zəhram qızı
görərkən başımı düşman əlində
bilirim güc qalmaz bacı belində
qalarsız tək yalnız bəla çölündə
babamı tez çağır murtazam qızı
robabsa yanırı oğlu əsğər üçün
leylada ağlırı qasım əkbər üçün
səkinə yas qurub ər ələmdar üçün
bu günə səbr eylə kərbəlam qızı
ayırsa başimi canımdan əşrar
gəzdirsə üstümdə atını küffar
allaha bağla bel eyləmə havar
baba ol əyalə ey babam qızı
allahın lütfündən olmayın yais
babam da anam da sizlərə haris
bu gecə yaqnaşsa sizlərə faris
babandır , qorxmayın ey zəhram qızı
daha sonra buyurdu
bacı zeynəb əsğəri gətirginən yanıma onunlada son görüşəlim
əli əsğəri qucağına alıb onu öpəndən sonra düşmanın əsgərinin qarşısına gətirdi
susuzluqdan ürəgi çırpınan oğlunu əlilə yoxarı qaldırdı sanki böylə buyurdu
kim bir içim su verər bu qanatsız serçəyə
kim bir damla göz yaşı bağışlar bu körpəyə
çadırda çanaqlar boş çay başında qardaşım
şəhid olmuş , gözlər tikilib boş şərbəyə
ürəgimdə həbiblər qan içində yatmışlar
mənə cavab vermirlər naz edirlər hər şeyə
düşman əsgərindən oğlu əli əsğər üçün bir qurtum su istədi
o halda düşman əsgərlərinin kimi su vermək istədi , kimdə bir damla su verməyin çünkü Hüseyn suyu özü üçün istiri dedilər
ordunun ikiyə bölünməsini görən hərmələ bir kərədən süt əmər əsğərin boğazını nişan alıb oxladı
oşaqsa başı kəsik quş gibi babasının əlində çalındı
imam Hüseyn (ə.s) körpənin qanından ovcunu doldurub gögə səpərkən böylə buyurdu
bu müsibətlər mənim üçün qolaydır , çünkü allah yolundadır və allah buları iyicə görür , ey allahım bu müsibətlər ruhumun bədəndən ayrılmasından qolay dəgil
ey allahım bilirəm zəfərdən daha iyisini bizə verdin bu camahatdan bizim intiqamımızı alacaqsan və bizim buların əlində çəktiğimizi axirətimiz üçün saxlayacağsan
daha sonra mazlumların baş tacı imam Hüseyn (ə.s) sanki böylə buyurdu
gögdə yanar
quruyla gögdə yanar
qan səptim dada gitsin
bilmədim gögdə yanar
bu susuz körpəm üçün
yeryanar gögdə yanar
bizlərə olan zulma
inanmam gög dayanar
əli əsğərin anası robab körpəsin qan içində görərkən sanki böylə sazlırdı
körpa oğlum dağlandı
al qana sırığlandı
nə süt gördü nədə su
ciyarım dorğalandı
oxladılar balamı
dağıtdılar yuvamı
qucaqımı boş qoydular
heç etdilər cəfamı
bağrımı qan bağlırı
körpəm dərdi dağlırı
qolağımda şən səsi
ürəgimdə ağlırı
böyləcə imam Hüseyn (ə.s) son görüşmək qərarına gəldi
imam Hüseyn (ə.s) meydanda
bu ulaydardan sonra imam Hüseyn (ə.s) bir aslan gibi babsı əlinın , əmiləri həmzə və cəəfər təyyarın qanları damarında qəyniyib coştuqda səəd oğlunun ordusunun ortasına hucum etdi
qarşısına gələni cəhənnəmə göndərirdi
düşman əsgərləri çivirgə gibi imamın qarşısında dağılırdı
ravi diyiri
allaha and olsun Hüseyn gibi müsibətə oğrayan bir kimsəni görmədim
oğulları , yoldaşları gözləri ögündə öldürüldüğü halda , qahramanca savaşırdı və heç bir kimsə qarşısına çıxa bilmirdi
daha sonra imam (ə.s) görərkən düşman ordusundan bir taxım əsgər , ac susuz və silahsız arvad oşaqların çadırına hucum etmək istirdi
yüksək bir səslə çağırdı
لاحول و لا قوه الا بالله علی العظیم
vay olsun sizlərə ey süfyan camahatı
əgər diniz yox isə miaadtan da qorxmırsanız dünyanızda azından hür olun , əgər ərəbsəniz inancınızda bunadır əsliniza dönün
mən sizinlə savaşıram sizdə mənimlə , arvad oşaqların nə suçu var
hayat da olduğumca içinizdəki zalımlara mənim arvad oşaqıma hucum etmələrinə izn vermayin
ayrıdsız insan selinin ortasında yapa yalnız qalan qahraman , savaştıqca sanki böylə söylürdü
yigidlərin hər zaman ağ , nazlı bayraqıyım
hüriyət dənizin qurumaz bulağıyım
yigidlər qucğında bəsləndim heç qorxmarım
babam savaş aslanı mən onun dayağıyım
alacağdır qanımdan hər solgun gül rəngini
hər gözün hər ürəgin yarasıyım dağıyım
qanımın hər damlası min qahraman törədir
qılıcım su damcılar yarının bayraqıyım
bu sırada tarixin ölməz qahramanı ağır və sıcağ bir savaşa yapa yalnız girişmişti
imam Hüseyn (ə.s) özünə bir içim su istədi
amma düşman ordusundan biri dedi
ey Hüseyn vallahi səni susuz öldürəcəkik və furat çayından da bir damla su datmayacağsan
o halda imamın bədəninə oxlar sapa düzülmüş muncuq gibi düzülmüştü və qılıclarda imamın bədənində bir sağ yer qoymamıştı
bu sirada imamın başına düşman əsgərinin birisi bir daş vordu daha sonra üç pərlı bir ox ürəginin başında oturdu
«بسم الله و بالله و علی مله رسول الله».
sonra başını gögə qaldırıb buyurdu
ey allahım sən bilirsən buların öldürdüğləri kimsədən başqa yer üzündə peyğəmbərinin qızının oğlu yoxtur
əlini ozaldıb ürəgindəki oxu belindən çıxartdı , su gibi qan axmaya başladı , imam Hüseyn ruh və hayat dolu qanınla əlini doldurdu onu gögə səpip buyurdu
ey allahım ölümü qolay et mənə və peyğəmbərinlə bu halda görüşmək istirəm
qanın axmasila imam gücdən düştü , bu sırada birisi imama çirkin sözlər dedikcə imamın başına qılıc vordu
imam yerə düşüncə əsgərlər onun ətrafını sardılar
mübarək qanı su gibi axtıqca sanki böylə söylürdü
örtün ey toz topraqlar yaramı yel görərsə
yetirər mədinəyə bu acı xəbərimi
gecənin örtüsündə gizlən ey başsız bədən
görməsin anam zəhra yaralı cigərimi
dönün ey susuz qoşlar babamın diyarına
arxamda hər hür insan pərrələr dəftərimi
başımı yaran qılıc enərkən damarıma
xınaladı zəfərin rəngilə hər yerimi
imam Həsənin oğlu abdullahın şəhadəti
imam Həsənin oğlu abdullah bu sırada küçük yaşında olan imam Həsənin oğlu abdullah əmisini düşman arasında görər – görməz çadırdan çıxtı əmisi imama doğru yüzləşti
bu anda düşman əsgərindən birisi imam Hüseynin başına qılıncının endirmək istədiğində , abdullah bunu görüncə yüksək səslə çağırdı
allah səni öldürsün ey haramzada oğlu haramzada … əmimi öldürmək istiyirsən
o zalım kişi abdullahın sözünə qızararkən qılıcını abdullaha döndərdiğində onun əlini bədənindən ayırdı
bu küçük oşaq çətin bir incik duyunca üzünü əmisi imam Hüseynə döndərib çağırdı
vay anam vay babam vay əmim , qolum kəsildi
özünü imamın yaralı qucağına atdı
imam (ə.s) onu yaralı bağrına basarkən buyurdu
ey qardaşımın küçük oğlu dayan bu müsibətə , allah səni babalarına qavoşturacağdır
daha sonra imam (ə.s) özünü və qardaşı oğlunu sanki böylə oxşurdu
bilməm harda sevgimi qardaşı oğlu saxlayam
ürəgimə hər yandan oxlar min yol tapırı
oxların sıcağlığı damarımı qurutdu
susuzluğun qılıcı sərt bağrımı çapırı
yaraların mizrağı dağıtdı gizlərimi
atlarında dırnağı canımdan pay qapırı
daha sonra hərmələ onu imamın qucağında öldürdü
imam Hüseyn (ə.s) düşman ordusu arasında yapa yalnız bədənin həp yeri yara , qanda canının hər yerindən su gibi damcılırdı
heç bir kimsədə imamı öldürməğə cürət etmirdi , bu sırada şümür dedi nə üçün dayanıbsız nəyi bəkliyirsiniz
məlun şümürün sözü bitər bitməz düşman əsgəri hər yandan imam Hüseynin yaralı bədəninə hucum etdi
kimi mizraq kimi qılıc kimdə ox və daş vorduğca imamın mübarək başına , çigninə əl ayaqına və boğazına , böyləcə imamın mübarək canını parça parça etdilər
hər iki əlini boğazından fışqıran qanının altında tutdu ovcunda toplanan qanı tutdu buyurdu
bu qanıma bələnmiş halda allaha qavoşacam
səəd oğlu birisinə dedi vay olsun sənə en atından Hüseyni rahat eylə
o zalım Hüseynın başını kəsmək istədi amma onun bədəninə titrətmə girdi geri döndü
sonradan bir rivayətə görə şümür və ayrı rivayətə görədə sənan ibn ənəs qılıcını Hüseynın boğazına dayarkən dedi
and olsun allaha sənin başını bədənindən ayiracağam
və bunuda bilirəm sən peyğəmbərin oğlusan ana baba tərəfindən və hər kəstən şərəfli və ğeyrətlisən o məlun sonradan imamın mübarək başını bədənindən ayırdı
Hazrət zeynəb və kərbəlanın son olayları
hazrət zeynəb (ə) bükülmüş bel , quru dil ağızla qırğın və susuz ürəglə
qardaşı mazlumların əfəndisi imam Hüseynin parçalanmış bədəninin yanına gədli
ğəm dolu bir səslə , hasrət dolu bir ürəglə sanki böylə çağırdı
ey əli ey islamın qocaman qahrama pəhlavanı , yigit babam , bu Hüseyndir başı kəsik qana boyanmış , bularda qızlarındılar harasan olmuşlar
ey zəhra ey mazlum anam bu sevgili oğlundur olarda abbas , əkbər , qasım , əli əsğərdir qana bələnmişlər , bularda qızlarındır əsir edilmişlər
ey mühəmməd bu sevgili Hüseyndir başı kəsilmiş , bu Hüseyndir haramzadaların qılıcilə susuz özü və əshabı öldürülmüş
aman bu bəladən … aman bu ğəmdən bu kimsəsizliğdən bu dərbədağınlığdan bu çətin gündən
sanki qocam mühəmmədin , babam əlinin , anam zəhranın , əmilərim həmzə və cəfər təyyarın dünyadan köçtüğləri günlərə bənzir bu gün
zeynəb (ə) bu halda bir qarantı gördüğündə sanki böylə dedi
gər Hüseyni axtarırsan
mizraq üstündə başı
furatında qırağında
qolsuz yigit qardaşı
biz əlinin qızlarıyıq
nə qardaş var nə də baba
oşaqların susuzluğu
ağladır dağı daşı
daha sonra kərbəlanın yigit qızı zeynəb mədinəyə gedən bir yolçuya sanki böylə söylədi
mədinəyə gedən yolçu çağır anam zəhranı
söylə əsir eylədilər zeynəb , robab , leylani
söylə Hüseynin başını susuz kəstilər susuz
süt əmərin oxlanmağı ağlatdı kərbəlanı
əllərini bağlı gördüm söylə qızın zeynəbin
ağladıqca bir xəstə gənc ağladırdı hər yanı
söylə abbas , qasım , əkbər , parça parça edildi
yetimlərin dad fəryadı dağladı hər insanı
istinadlar
ərəbcə müqərrəm məqtəli
yazan – seyid abdulrazzaq musəvi müqərrəm
(1391- 1316 H.Q)
haqqımızda
Eloba saytı , dil , ədəbiyat , mədəniyət və tariximizi tanıddırmaq məqsədilə yaranmışdır
hər dil bir vətən sayılır . insan cuğrafiyayi vətəndə sakin olmaqdan öncə bir dilin vətən daşı sayılır
buna görədir ki iraq , iran , turkiyə və azərbaycan cumhuriyətinin arasında siyasi sınırlara baxmiyaraq heç bir ayrılıq yoxdur
bizim aramızda imam Hüseyn (ə.s)ma olan sevgi taysızdır


tariximizə baxaraq zulma baş əgməmək xalqımızın keçmişində və mədəniyətində yaşayıb
budur ki azadlıq və vafa dəyərin düşünüb imam Hüseynə günü gündən sevgimiz artır
Həqiqətən ki İmam Hüseyn (ə.s) dünyanın bütün azad insanların lideridir
Mehdi Xeyri
www.Eloba.ir
مطالب مرتبط
کربلا اولایلاری (وقایع کربلا)
فضائل امیرالمومنین حضرت امام علی علیه السلام
سنگ تمام مردم نقده و ارومیه در سالروز شهادت امیرالمومنین